SON DƏQİQƏ! Kritik tarix BƏLLİ OLDU - Rusiya cəmi 3 gün sonra planını işə salır

23-27 sentyabr tarixlərində Rusiyanın ilhaq planı işə düşür...

Ukraynanın hücumunun tam sürətlə davam etdiyi bir vaxtda Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Donetsk, Luqansk və Xerson vilayətlərində ani qərar qəbul edilib.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, hər üç bölgə sentyabrın 23-27-də Rusiyaya qoşulmaq üçün referendum keçirəcəklərini açıqlayıb.

RUSİYADAN İLK AÇIQLAMA

Məsələ ilə bağlı Rusiyadan ilk açıqlama xarici işlər naziri Sergey Lavrovdan gəlib. Lavrov bildirib ki, referendumla bağlı qərarın qəbul edilib-edilməməsi bölgə xalqının öz işidir.

“Biz əvvəldən deyirik ki, regionda yaşayan insanlar öz müqəddəratını təyin etməlidirlər” - Lavrov bildirib.

Lavrov bu açıqlama ilə Rusiyanın referendum qərarını dəstəklədiyini birbaşa ifadə edib.

NÖVBƏTİ HƏDƏF BƏLLİ OLDU

Digər tərəfdən Ukrayna Oskil çayının şərqinə nəzarəti ələ keçirdiyini iddia edir. Bu təsdiqlənərsə, rus ordusu Xarkov vilayətindən tamamilə çıxarılacaq.

Xarkova qonşu Luqansk vilayətinin qubernatoru Sergey Qayday növbəti hədəfin Luqanskın ələ keçirilməsi olacağını bildirib.

Qaydayın sözlərinə görə, Ukraynanın növbəti məqsədi rusların may ayında işğal etdikləri Lyman şəhərini almaqdır.

Ukrayna lideri Volodimir Zelenski də növbəti hücuma hazırlıqların artıq başladığını bildirib.






Fikirlər