Lavrovdan təhdid kimi BƏYANAT: “Bu, böyük SƏHV olacaq”

Lavrovdan təhdid kimi BƏYANAT: “Bu, böyük səhv olacaq”

“Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib.

Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır. Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, - Rusiya naziri deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Betsa Lavrovun bəyanatını şərh edib.

Minsk razılaşmalarının dağılması Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi və təcavüzünü davam etdirməsi nəticəsində baş verir”, - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.

Xatırladaq ki, ötən ay Ali Radanın 280 üzvü tərəfindən dəstəklənən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi göstərilib.

AzerTaym.az






Fikirlər