Eldar Mahmudov "narıncı inqilab"ın lideri kimi hazırlanırmış - təfsilat

 



Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və komandasının "vurulmasının" əsas səbəblərindən biri barədə İstiqlal.az-a ilginc məlumat daxil olub.
 Məlumatda bildirilir ki, Eldar Mahmudovun Beynəlxalqla Bankla bağlı "kredit qalmaqalı" və sahibkarlara qarşı soyğunçuluq faktlarına görə hədəfə gəlməsi səbəblərdən biridir. Əsas səbəb isə keçmiş MTN şefinin siyasi iddiaları ilə bağlıdır. 
Eldar Mahmudov 10 il nazir olduğu müddətdə MTN-də, həmçinin hakimiyyətin daxilində öz şəbəkəsini qurduqdan sonra ölkəyə rəhbərlik etmək niyyətinə düşüb. O siyasi iddialarını gerçəkləşdirmək üçün xarici xüsusi xidmət orqanları, xüsusilə İsrail kəşfiyyatı ilə işbirliyinə gedib. İddia olunur ki, plana görə yeni ildə ölkədə inqilabi proseslərə start verilməliymiş. Prosesin rəhbəri isə Eldar Mahmudov olmalıymış. Bəzi müxalif qüvvələr də  bu oyuna cəlb olunmalıymış. 
eçmiş MTN şefi  "narıncı inqilab" adı altında hakimiyyəti ələ keçirməliymiş. Bütün planlar artıq hazırmış. Lakin baş verənlər barədə ölkə başçısı İlham Əliyev vaxtında xəbər tutub. Planın qarşısını almaq üçün hakimiyyətdəki inandığı adamları hərəkətə gətirib. 
Eldar Mahmudov və komandasının zərərsizləşdirilməsi prosesi qəfil həyata keçirilib. Hətta Eldar Mahmudov özü əvvəlcə nə baş verdiyini anlamayıb. Məlumatda deyilir ki, keçmiş MTN şefinin "narıncı inqilab" planına böyük bir şəbəkə cəlb olunduğundan həbslər yalnız MTN-də deyil başqa qurumlarda həyata keçiriləcək. Yeri gəlmişkən, "MTN işi" ərəfəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslər təsadüfi deyil. Bildirilir ki, həbs dalğası yaxın vaxtlarda bir çox qurumları da vuracaq.






Fikirlər