ELDAR MAHMUDOVUN “BRİLİYANT ƏLİ” ÜZƏ ÇIXDI - Milyonlar qazanırmış

 

eldar-mainOktyabrın 17-də nazir Eldar Mahmudovun işdən azad edilməsi ilə başlamış “təmizləmə” Milli Təhlükəsizlik Nazirliyinin bütün strukturlarını əhatə etməkdədir. Baş Prokurorluqda nazirliyin ayrı-ayrı vəzifəli şəxsləri haqqında cinayət işi qaldırılıb, həbslərin davam edəcəyi bildirilir. İstintaq-əməliyyat qrupuna rəhbərlik baş prokurorun müavinin Rüstəm Usubova həvalə edilsə də, məlumatlara görə, əsas iş Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubova tapşırılıb.
Daha bir ilginc iddia isə MTN-in “brilyant əməliyyatı” ilə bağlıdır. Musavat.com-un məlumatlara görə, sabiq nazirin əsas gəlir yerlərindən biri brilyant biznesi olub. Bu fakt bəzi dairələrə çoxdan məlum olsa da, bu biznesi işdən çıxarılanadək E.Mahmudovun nəzarətindən çıxarmaq mümkün olmayıb. MTN əməkdaşlarının aeroportda xüsusilə Dubaydan gələn sərnişinlərin ayaqqabısınadək axtarması yeni xəbər deyil. 
MTN-in icazəsi olmadan ölkəyə bir karat belə brilyant keçirmək mümkün deyilmiş. Gizli olaraq bu işə girişmək istəyənlərin isə axırı yaxşı olmayıb, aeroportda ələ keçənlərin təkcə gətirdikləri yox, bütün var-dövləti əlindən alınıb.
Üstəlik, daş-qaşla ələ keçən adamlara deyilirmiş ki, bu tapşırıq hakimiyyətdəki çox nüfuzlu bir soyaddan gəlib və MTN-in brilyant biznesinə heç bir aidiyyəti yoxdur. Xəbərlərdə deyilir ki, sabiq nazirin bu biznesinə nəzarəti bir neçə gün əvvəl həbs olunan MTN-in idarə rəislərindən birinin müavini Füzuli Ələsgərzadə və MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev həyata keçirirmiş. Bu biznesdən ildə milyonlarla dolların qazanıldığı da deyilir.

 






Fikirlər