“Müəllimlərin sertifikasiyadan qorxmasını başa düşmürəm...” - Nazirliyin Şura sədri

“Müəllimlərin sertifikasiyadan  qorxmasını başa düşmürəm...” - Nazirliyin Şura sədri

“İbtidai sinif sertifikasiyası həm də onu göstərdi ki, bizim kifayət qədər yaxşı müəllimlərimiz var. Biz məsələnin daha çox neqativ tərəfinə köklənirik. Çünki müəllimlərdən, ümumiyyətlə müəllimlik peşəsindən gözləntilərimiz böyükdür”. 

 

Müəllimlərin sertifasiya imtahanı barədə Moderator.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, bu prossesi yüksək qiymətləndirib:

 

“Bizim gələcəyimizi formalaşdıran bugünün şagirdlərdir. Həmin şagirdləri yaxşı yetişdirmək üçün yaxşı da savadlı müəllimlərə ehtiyacımız var. Həm vicdani, həm də qanuni cəhətdən baxsaq, müəllimlərin vəziyyətini müəyyənləşdirmək üçün sertifikasiya ən uyğun vasitələrdən biridir.

 

Setifikasiya əslində, həm də müəllimlərin qiymətləndirilməsidir.  Bu prosses birinci ibtidai sinif müəllimlərindən başlanıldı.  Sertifikasiyanın keçirilmə səbəbini cənab nazir dəfələrlə öz çıxışlarında bildirib. Belə ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarındakı çox bəsit suallara cavab verə bilmədiklərini gördük. Bu məsələdə şagirdin ibtidai sinifdə təməlinin qoyulması önəmlidir.  Qiymətləndirmə zaman bir çox ibtidai sinif müəlliminin bəsit sözlərin yazılışını bilməməsi kimi neqativ hallar gördük.

 

İbtidai sinif sertifikasiyası həm də onu göstərdi ki, bizim kifayət qədər yaxşı müəllimlərimiz var. Biz məsələnin daha çox neqativ tərəfinə köklənirik. Çünki müəllimlərdən, ümumiyyətlə müəllimlik peşəsindən gözləntilərimiz böyükdür.  İstənilən insan üçün imtahan qorxulu bir şeydir. Amma müəllimlər sertifikasiyaya imtahan kimi baxmamalıdırlar. Onlar özlərini yoxlama vasitəsi kimi baxmalıdırlar ki, yəni, “mən nələri bilirəm”,  “nələri yox”. Ümumiyyətlə, müəllimlərin sertifikasiyadan qorxmasını başa düşmürəm. O, hər gün keçdiyi dərsdən imtahan verirsə, bundan nə üçün qorxmalıdır? Müəllimlər şagirdlərə hər zaman, “keçdiyimiz dərsdir nədən qorxursunuz?” deyirlər. Şagirdlər hər sinif üzrə dərsi bir dəfə keçsələr də müəllimlər hər sinif üzrə dəfələrlə eyni dərsləri keçirlər.

Biz yaxşı təhsildən danışırıqsa,  yaxşı müəllimlərdən də danışmalıyıq. Yaxşı təhsili yaxşı müəllimlər verir. Biz hər nə qədər yüksək şəraitli məktəblərdə peşəkar kanstruksiyalar qursaq da peşəkar müəllimlər olmadıqca yaxşı təhsil verə bilmərik .

Bütün bunları nəzərə alaraq, sertifikasiyanı olduqca yüksək qiymətləndirirəm. Bu gün görməsək də bir neçə il sonra prosses öz səmərəsini göstərəcək”.






Fikirlər