Putin Baxmutun işğalına görə "Vaqner"i TƏBRİK ETDİ...

Xəbər verdiyimiz kimi, dünən "Vaqner" qrupunun lideri Yevgeni Priqojin Baxmutu ələ keçirdiklərini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

"AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin muzdlu qruplaşmanın və Rusiya Silahlı Qüvvələri bölmələrinin bütün hərbçilərini Baxmutun tam işğalı ilə bağlı təbrik edib.

Kremlin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, döyüşdə fərqlənən hərbçilər dövlət mükafatları ilə təltif olunacaq.

Digər tərəfdən, Ukraynanın şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatyi mətbuata açıqlama verərək, yayılan məlumatın həqiqəti əks etdirmədiyini və Ukrayna əsgərlərinin Baxmutda döyüşlərini davam etdirdiklərini bildirib.






Fikirlər