Ərdoğana göndərilən hədiyyə müzakirələrə səbəb oldu...

Türkiyədə dünən keçirilən andiçmə mərasimindən sonra Pakistan Baş naziri Şahbaz Şərifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi hədiyyə müzakirələrə səbəb olub.

"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, Şahbaz Şərif Ərdoğana tropik manqo meyvəsi hədiyyə edib.

Şərif Pakistandan manqoları hədiyyə olaraq gətirdiyini bildirdikdə Ərdoğan “manqolar haradadır?” deyə soruşub.

Daha sonra manqonun evə göndərildiyini öyrəndikdə Ərdoğan məmnunluğunu ifadə edərək gülümsəyib.

Əminə Ərdoğan və Rəcəb Tayyib Ərdoğanla söhbət edən Şərif bildirib ki, Pakistan xalqı Ərdoğanın yenidən prezident seçildiyi üçün çox xoşbəxtdir:

“Dəvətiniz üçün çox sağ olun, xoşbəxt anınızı bizimlə bölüşdünüz. Manqoların yarısı qardaşımın, yarısı da bacımındır”.






Fikirlər