ƏRDOĞANIN ŞƏRƏFİNƏ “Gülüstan” sarayında ziyafət verildi - Yenilənib

erdoganin-serefine-gulustan-sarayinda-ziyafet-verildi

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir.

AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, tədbir konsert proqramı ilə davam edir.

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

 

Ziyafət konsert proqramı ilə davam edib.

Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

 

 






Fikirlər