Ərdoğan Nyu-Yorkda “Türk Evi”ndə Paşinyanla görüşüb - Nələr müzakirə edilib? (Yenilənib)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Nyu-Yorkda Türk Evində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri xüsusi xidmət orqanlarının rəhbərləri və bir sıra başqa rəsmi şəxslər qatılıb.

“AzPolitika” xəbər verir ki, tərəflər ikitərəfli əlaqələrin normallaşdırılması, eləcə də Ermənistan-Azərbaycan danışıqlar prosesi yönündə səyləri müzakirə ediblər.

Türkiyə Prezidentinin mətbuat xidməti görüşün “Türkiyə Evi”ndə baş tutması və Ərdoğanın imzası ilə Paşinyana “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə etməsi barədə məlumat verib.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumata görə, görüşdə Ankara və İrəvanın 2022-ci ildən bəri əldə etdiyi anlaşmaları detallı nəzərdən keçirilib.

“Paşinyan Prezident Ərdoğana Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, münasibətlərin normallaşdırılması sazişini imzalamağa hazır olması, həmçinin Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü barədə məlumat verib”, - deyə məlumatda bildirilir.

"Azərbaycan-Ermənistan sülh prosesində əldə edilənlərin Türkiyə-Ermənistan normallaşma prosesinə müsbət təsiri olacaq", – Ərdoğan daha öncə BMT Baş Assambleyasındakı çıxışında deyib.

Qeyd edək ki, Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, İrəvanla diplomatik əlaqələrin qurulmasını birmənalı olaraq Ermənistanın strateji müttəfiqi Bakının ədalıtli tələblərini yerinə yetirməsi ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayanda da Türkiyə liderləri bu şərti səsləndirib.

Ərdoğan bu ilin iyulunda bir daha deyib ki, Ermənistan-Azərbaycan sülh sazişinə Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan eksklavına quru əlaqəsini təmin edən Zəngəzur dəhlizinin açılması məsələsi dəsalınmalıdır. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın da Bakıya son səfəri zamanı həmin bəyanatı dilə gətirib. Kalın da Ərdoğanın Paşinyanla danışıqlarında iştirak edib.

Zəngəzur dəhlizinin aşılması 2020-ci ilin üçtərəfli atəşkəs bəyanatında da nəzərdə tutulub. Ancaq İrəvan öhdəliklərini yerinə yrtirmək istəmir. Bu isə Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermir.






Fikirlər