ABŞ İsrailə çağırış etdi: İranda bu yeri vurmayaın!

ABŞ İsrailə çağırış etdi: İranda bu yeri vurmayaın!

ABŞ İsrailə diqqətçəkən çağırış edib. 

 

 Prezident Co Bayden İranın neft yataqlarına hücum edilməməsi lazım olduğunu vurğulayaraq, İsrailin İrana necə cavab verəcəyi ilə bağlı sualları cavablandırıb: 

"İsrail səlahiyyətliləri ilə daimi təmasdayıq, onlar İrana reaksiya ilə bağlı dərhal qərar verməyəcəklər. İsrail İranın neft yataqlarını vurmaqdan başqa alternativləri nəzərdən keçirməlidir. İsrailin baş naziri Netanyahu xatırlamalıdır ki, heç bir hökumət İsrailə daha çox kömək etməyib".  vakansiya 2023

Bayden İsrailin bölgədəki təhdidlərə qarşı özünü müdafiə etmək hüququna malik olduğunu, digər tərəfdən də İsrail ordusunun hücumlarında mülki insanları hədəf almamağa diqqətli olması lazım gəldiyini açıqlayıb. 

Qeyd edək ki, İsrail Livanda Hizbullah lideri Həsən Nəsrullahı öldürdükdən sonra Yaxın Şərqdə müharibə səsləri daha da ucalmağa başlayıb. İran bu yaxınlarda İsrailə təxminən 500 ballistik raket atıb. Təl-Əviv rəhbərliyi də açıqlamasında İrana sərt cavab verəcəyini bildirib. /Yenisabah.az






Fikirlər