Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?

"Hər il olduğu kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə yenə pul yığılması prosesinə başlanılıb".

Bu barədə Dia-az.Media-ya göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "Halbuki Elm və Təhsil Nazirliyi hər il olduğu kimi bu il də 5 oktyabr - Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərib.

Müəllimlər Günü ilə bağlı pul yığılan məktəblərdən biri də Mehdiabad qəsəbəsi 1 saylı tam orta məktəbdir.

Demək olar ki, bu məktəbi validenylər komitəsi idarə edir.

Təxminən bir həftə əvvəl direktor Pənah Babayev və müəllimlər dedilər ki, Müəllimlər günü ilə bağlı pul yığılmasın, qiymətli əşyalar alınmasın. Kim istəsə ürək sözləri yazılmış kiçik konvertlər, gül gətirə bilər. Amma bu sözdən sonra pul yığımına start verildi.

Mehdiabad qəsəbəsinin 1 saylı məktəbində valideynləri inək kimi sağırlar. Məktəb açılan kimi fond pulu yığdılar. İndi də Müəllimlər Günü pulu yığırlar. İbtidai siniflərdən 10 manat, 5-7 siniflərdən 15 manat, yuxarı siniflərdən isə 20-25 manatdan pul yığılıb. Bütün işləri isə valideny komitəsi görür.

Dəfələrlə demişik, direktor deyir ki, ad çəkin, mənim xəbərim yoxdur..."






Fikirlər