Qobu məktəbində təhsil bazarı: Direktorun dərs saatı bazarı və şagird aylığı

Qobu məktəbində təhsil bazarı: Direktorun dərs saatı bazarı və şagird aylığı

Abşeron rayonunun Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbin ziyalıları adından Yazaraq sizə bildirmək istəyirik ki, Məktəbin Direktoru Şərəf Qasımovadır. İşlədiyimiz təhsil müəssisəsində hüquqlarımız kobudcasına pozulur və qeyri-qanuni proseslər gedir. Bizlər təhsildə baş verən problemləri işıqlandıramağımızın əsas səbəbi odur ki, artıq bizləri müəllim olaraq işləməkdən iyrəndiriblər.
İşıqlandıracağımız bir çox məsələlər var, korrupsiya, təhsil konustusiyasının qanunlarına hörmətsizlik (yəni qanunlara riayət edilməməsi), müəllimə rəhbərlik tərəfindən yuxardan aşağı baxılması, Sertifikasiya və MİQ nəticəsi yüksək olan müəllimlərə Pedoqoji Şurada hörmətsizlik, Dərs bölgüsünün bağlı qapılar ardında keçirilməsi (yəni 1 saat dərsi 100-120 manata satılması yəni hər tədris ilinin əvvəlində hər müəllimdən 30-36 saat dərs vermək üçün 1000-1700 manat arası pul alır dərs saatına görə ), məktəbdə fond pulu yığılması (hər ay hər müəllimdən 20 manat), müəllimləri hər il dərs saatlarını vakansiyaya çıxarmaqla hədələməsi hər bir halda bu bir cinayətdir, çünki müəllimlər pul verməyə məcbur olur, əgər verməsə növbəti tədris ili dərs saatı azalacaq və az maaş alacaq. Bu maaşla ailə saxlamaq olmur, (xüsusilə barmaqla sayılacaq qədər az olan kişi müəllimlərimiz üçün daha faciəvidir), 10-11 siniflərdən məktəbə gəlməmək müqablinda hər bir şagirdin valideynindən hər 2-3 aydan bir 100 manat pul yığılması, xəstə uşaqların dərs pulunun mənimsənilməsi, fakültətiv dərsləri müəllimlərin adına yazaraq mənimsənilməsi (dərs keçirilmir), Zəfər tarixi dərsini məktəbin Labarantların keçməsi (yəni direktorun hədəsi altında), hər il məktəbin təmiri adıyla müəllimlərdən pul yığılması, ən önəmlisi isə Vətənimizin azadlığı uğrunda savaşan məktəbimizin veteran müəllimlərinə dərs saatlarının pulla satılmasıdır. Bu dövlətə və Azərbaycan xalqına qarşı cinayətdir və xəyanətdir. Yığılan küllü miqdarda pullar regionalda bildirdiklərinə görə arxasında duran şəxslərə göndərilir. Həmdə karrupsiya yolu ilə əldə etdiyi qazanc sayəsində Bakının mərkəzində özünə 3 bina evi alıbdır. Bütün bunlar bir məktəbdə iyrəncilik yaradır, təhsil sistemin ləkəliyir, hər bir halda bu proseslərlə bağlı qəti tədbir görülməlidir.
Ən şərəfli peşə müəllimlik olsada zamanəmizdə bu peşəni çox ucuza satanlar, aşağı görənlər var.
Ancaq artıq müəllimlik peşəsini bu məktəbdə ən ucuz alverçi peşəsinə çeviriblər. Direktor heç bir hüquq qaydalarına riayət etmədən, müəllimlərin dərs saatlarını vakansiyaya çıxarır, halbuki müəllimlərin dərs saatı ilə bağlı imtinası yoxdur. Bu isə müəllimin əmək hüquqlarının kobutcasına pozulmasıdır.
Bu cür xoşagəlməz halların olmaması üçün yazıb Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı müvafiq tədbirlər görülməsinə köməklik edəsiniz.

Aytən Bəxtiyarqızı
BakuNews.az






Fikirlər