"Forbes" açıqladı: Ən çox maaş alan ölkə liderləri - TOP-10

Sinqapurun baş naziri Lorens Vonq dünyada ən yüksək maaş alan liderdir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" yazıb.
Onun maaşı ildə təxminən 1,69 milyon dollardır. 
İkinci yeri ildə 569,5 min dollar əmək haqqı ilə İsveçrə prezidenti Viola Amerd, üçüncü yeri ildə 412,5 min dollarla Avstraliyanın baş naziri Entoni Albanese tutub. 
ABŞ prezidenti Co Bayden illik 400 min dollar maaşla dördüncü yerdə qərarlaşıb.
Forbes yazır ki, PoliticalSalaries-in hesablamalarına görə, ölkənin ən yüksək maaş alan lideri Sinqapurun baş naziri Lourens Vonq olub.
Növbəti yerləri ardıcıl olaraq aşağıdakı şəxslər tutur:
Beşinci yer: Avstriya kansleri - ildə 316,7 min dollar;
Altıncı yer: Yeni Zelandiyanın baş naziri Kristofer Lakson - ildə 310,5 min dollar;
Yeddinci yer: Kanadanın baş naziri Castin Trüdo - ildə 301 min dollar;
Səkkizinci yer: Almaniya kansleri Olaf Şolts - ildə 293,3 min dollar;
Doqquzuncu yer: Yaponiyanın baş naziri Şiqeru İşiba - ildə 276,4 min dollar;
Onuncu yer: İrlandiyanın baş naziri Saymon Harris - ildə 267,3 min dollar.






Fikirlər