Cavid Qurbanov gənclərə səsləndi - SAĞLAM HƏYAT ÜÇÜN İDMANI SEÇİN...

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyanın birgə təşkilatçılığı ilə KROS Qaçışı üzrə payız ölkə çempionatı keçirilib.

AzerTaym.az gununsesi.info-ya istinadən bildirir ki, Göygöl rayonunda təşkil olunan çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyanın prezidenti, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, keçirilən çempionatda Bakı, Balakən, Bərdə, Gəncə, Gədəbəy, İsmayıllı, Quba , Şamaxı, Naftalan, Naxçıvan, Xaçmaz və Xızıdan iştirakçıların olduğunu qeyd edib.

Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışan Cavid Qurbanov buna görə ölkə başçısına təşəkkür edib.

Üzünü gənclərə tutan Federasiya prezidenti onları sağlam həyata-idmana səsləyib.

 

 






Fikirlər