“Newsweek” jurnalı: “ƏRDOGANIN mövqeyi PUTİNDƏN güclüdür”

“Newsweek” jurnalı: “Ərdoğanın mövqeyi Putindən güclüdür”

Sabiq ABŞ səfəri iki lider arasında barışığı mümkün sayır, ancaq..; Metyu Brayza: “Putin dilemma qarşısındadır...”

Türkiyə paytaxtındakı son qanlı terror aktı bəzi siyasi təhlilçilərin diqqətini yenidən Ankara-Moskva, Ərdoğan-Putin münasibətlərinə yönəldib.  Məsələn, o sırada Türkiyə iqtidarına yaxın “Haber 7” saytının köşə yazarı Sərkan Üstünər “Ankara terroru Rusiyanın planlı işidir?” adlı məqaləsində olayda “Rusiya izi”nə işarə vurub. 
“Bütün dövlətlər gözünü bu regiona çevirib və planlarını həyata keçirir. Yenə terror, yenə ağrı… Bu, Ankaradakı üçüncü terrordur... Bundan öncəkinin oxşarıdır. Və yenə də Ərdoğanın Azərbaycan səfərindən öncə… Prezident Ərdoğan martın 15-də Azərbaycana getməli idi. Səfər zamanı “Şahdəniz” qaz yatağı və TANAP layihəsinin sürətləndirilməsi müzakirə olunacaqdı. Terrorun üslubu bundan öncəki ilə eynidir... Əsil sual budur: Rusiya Ərdoğanın Bakı səfərini nə vaxta qədər təxirə sala biləcək? Terror təşkilatlarına daha nə qədər yardım edib, əmr verə bilər?”, - deyə şərhçi yazısının sonunda sual edib.
Bəzi analitiklərə görə, Suriya böhranı davam etdikcə və prezidentlər Ərdoğan və Putun arasında soyuq münasibətlər qaldıqca Türkiyəyə qarşı terror hücumları da ara verməyəcək. Çünki belə hesab olunur ki, həm Suriya böhranı, həm də iki lider arasında gərginlik bölgədə Türkiyəni hədəf seçmiş terror qruplaşmalarının işinə daha çox yarayır, onların əlinə işləyir, çörəkləri üzərinə yağ sürtür. Eyni zamanda bu terror hörgütlərini Türkiyəni istəməyən xarici qüvvələr üçün asan “yem”ə çevirir (Bu yerdə qeyd edək ki, Rusiya prezidenti 13 mart terror aktı ilə bağlı dərhal Türkiyə xalqına başsağlığı verib).  
*****
Bəs Əroğan-Putin ədavəti daha nə qədər sürə bilər, yoxsa iki dövlətin əlaqələrinin normal məcraya düşməsi üçün onlardan biri mütləq siyasi səhnəni tərk eləməlidir? Bu mövzuda ABŞ-ın Azərbaycandakı və ATƏT-in Minsk Qrupundakı sabiq səfəri Meyti Brayzanın Amerikanın “Newsweek” jurnalında dərc olunmuş yanaşması maraq kəsb edir.  
“Putinlə Ərdoğanın xarakterləri arasında çoxlu oxşarlıq odluğundan, Rusiya və Türkiyə arasında hazırkı “gizlənpaç oyunu” bir neçə ay sürəcək”, – deyə sabiq səfir Brayza münasibətlərin mövcud durumunu şərh edərkən söyləyib. Onun fikrincə, Ərdoğanın mövqeyi Ptininkindən güclüdür : “Ərdoğan NATO-da sayına görə ikinci olan bir ordunun Ali Baş komandanıdır”.
 
Brayza hesab edir ki, hər iki lider şəxsi hakimiyyətlərini möhkəmlətmək üçün dəmir qətiyyət nümayiş etdirib: “Onların hər ikisi şəxsiyyətlərinə qarşı həqarətlərə dözümsüzdür və zəif siyasətçilər kimi göstərəcək istənilən addımdan qaçırlar. Bununla belə, Türkiyənin Rusiyadan kardinal fərqləri yekunda hər ikisini qarşıdurmanı dayandırmağa sövq edəcək”. 
Eks-diplomat bu fərqləri belə sıralayıb: “1. Rusiya avtoritar ölkədir, Türkiyə isə - yetkin olmasa da, demokratik rejimə sahibdir. Ərdoğan parlament müxalifətini öz siyasi kursunun doğruluğuna inandırmaq zorundadır. Türkiyə hökuməti KİV-ə təzyiq edir. Ancaq türkiyəli jurnalistlər öldürülə biləcəklərindən narahat deyillər. Onların rusiyalı həmkarları isə daima belə bir qorxu içində yaşayırlar. 2. Türkiyə seçiciləri dinc həyat istəyirlər və çətin ki, Rusiya ilə uzunmüddətli çəkişməni bəyənsinlər”.
Brayzaya görə, Putin Türkiyə elektoratının məhz bu istəyi üzərində oynamağa çalışır: “O, iqtisadi sanksiyalar yolu seçib (Türkiyəyə qaz təchizatının məhdudlaşdırılması, AES tikintisinə dair anlaşmanının ləğvi hədəsi). Lakin uzunmüddətli perspektivdə bu, Rusiyaya daha güclü zərbə vuracaq, nəinki Türkiyəyə. Moskva hətta müxalif qüvvələri və dinc sakinləri bombalamaqla Suriyadan Türkiyəyə qaçqın axınının stimullaşdırıb. Ancaq bu, yalnız ona gətirib ki, Türkiyə və Avropa Birliyi daha yaxın əlaqələr qurmaq haqa anlaşma imzalayıb”. 
Keçmiş səfirin qənaətincə, Kreml başçısı hazırda dilemma qarşısındadır: “O, bir yandan Türkiyəni cəzalandırmalıdır ki, rusiyalılar əziz olan əvəzolunmaz lider kimi qalsın. Fəqət, tətbiq elədiyi taktika Rusiyaya strateji ziyan hesabına başa gələ bilər. Elə ona görə də Putin ehtiyatlı danışır və Ərdoğanın üzrxahlığına nail olmağa çalışır”.
Lakin Brayza üfüqdə Ərdoğönın belə bir üzrxahlığını görmür: “Bunun əvəzində Ərdoğan Ukrayna və Avropa Birliyi ilə əlaqələri möhkəmlədəcək, Rusiya qazına alternativlər axtaracaq. Hərgah, Türkiyə prezidenti də ləyaqətini saxlamaq şərtilə gərginliyi azaltmağın yolunu axtarır”.
“Putin Ərdoğanın görüş təklifini qəbul edib, elə təsəvvür yarada bilər ki, bu, elə onun üzrxahlığıdır. O zaman bu iki liderin ortaq xüsusiyyətləri yenidən əməkdaşlıq üçün dayağa çevrilə bilər – necə ki, “Su 24” təyyarəsi vurulanadək elə belə idi” - sonda əlavə edib keçmiş diplomat.  
 






Fikirlər