Kadırovdan PUTİNİN qərarına reaksiya: "Putindən tapşırıq almaq xoşbəxtçilikdir"

kadirov-putin-1

Anlayıram ki, keçmişdəki xidmətlərimizlə yaşamaq olmaz. İndi yeni işlərə start vermək lazımdır. 

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov Putinin onun səlahiyyət müddətinin artırılması ilə bağlı fərmanına münasibət bildirərkən söyləyib. 

Kadırov İnstaqram hesabında Putinin qərarını qəbul etdiyini vurğulayıb: "Ən doğru və müsbət qərardır. Mən fərmanı qəbul edirəm. Anlayıram ki, keçmişdəki xidmətlərimizlə yaşamaq olmaz. İndi yeni işlərə start vermək lazımdır. Mənim üçün Vladimir Putindən istənilən tapşırığı almaq böyük məsuliyyət və xoşbəxtçilikdir".

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Kadırovun səlahiyyət müddətinin artırılması barədə fərman imzalayıb.






Fikirlər