Kadırov Peyğəmbərin saçını Moskva məscidinə bağışladı

Çeçenistan Prezidenti Ramzan Kadırov Məhəmməd Peyğəmbərin saçını Moskva Mərkəzi Məscidinə bağışlayıb.

 

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müsəlmanlarının Ruhani İdarəsi məlumat yayıb.

 

Qeyd edək ki, sentyabrın 23-də Moskvada Mərkəzi Məscidin açılışı olub. Açılışda Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas, Çeçenistan Prezidenti Ramzan Kadırov, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, İnquşetiya Prezidenti Yunusbek Evkurov, Dağıstan Prezidenti Ramazan Abdullatipov və bir çox ölkənin səfirləri iştirak edib

 

 

 






Fikirlər