Trampın xanımı və oğlunun bir günlük mühafizə xərci nə QƏDƏRDİR?

Trampın xanımı və oğlunun bir günlük mühafizə xərci nə qədərdir?

Seçkinin nəticələri elan olunan gündən inauqurasiya mərasiminə qədərki dövrdə ABŞ-prezidenti Donald Trampa məxsus «Trump Tower» göydələninin (Nyu-Yorkdakı) mühafizəsi 25,7 milyon dollara başa gəlib.

«Politico»nun məlumatına görə, Nyu-York polisi bu vəsaitin köçürülməsi üçün Konqresə yazılı müraciət göndərib.

Müraciətdə bildirilir ki, həmin müddətdə bir günlük mühafizə orta hesabla, 340 min dollara başa gəlib.

Polis rəisi Ceyms O’Nil bildirib ki, göydələnin mühafizəsi unikal şəkildə təşkil olunub.

O xatırladıb ki, «Trump Tower»də ölkənin birinci xanımı və prezidentin kiçik oğlu yaşayır. Binanı onlarla mühafizəçi sutka boyu mühafizə edir.

Rəis həmçinin əlavə edib ki, bundan sonra binanın günlük mühafizə xərci 127-146 min dollar arasında dəyişəcək. Prezidentin Nyu-Yorka gəlişi zamanı isə məbləğ artırılacaq.






Fikirlər