“Tramp Ruhani ilə görüşə hazırdır” – NİKKİ HEYLİ
ABŞ İranda və ya başqa ölkədə hakimiyyət dəyişikliyinə can atmır. “Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib. ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culianın dediklərini şərh edən Heyli vurğulayıb ki, rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalar son nəticədə inqilaba və İranın indiki hakimiyyəti devirməyə gətirib çıxaracaq. Onun sözlərinə görə, ABŞ-ın məqsədi İranda rejim dəyişikliyi yox, amerikalıları və onların müttəfiqlərini qorumaq istəyidir. Eyni zamanda o, İranı növbəti dəfə terrora dəstək verməkdə ittiham edib. Heyli xatırladıb ki, prezident Trampı aydın şəkildə İranın beynəlxalq aləmdə “pis oyunçu” olduğunu bildirib. “İran iqtisadiyyatı ona görə çöküb ki, prezident Tramp Tehranın nüvə proqramına dair sazişdən imtina edib”,- deyə daimi nümayəndə qeyd edib. Onun sözlərinə görə, Tehran ümidsizlik içindədir və buna görə Amerika əleyhinə mübaliğəyə əl atır.