Maşallah Əhmədov yenidən HƏBSƏ QAYIDA BİLƏR

Maşallah Əhmədov yenidən həbsə qayıda bilər

Tanınmış futblolçu Maşallah Əhmədovun cinayət işi üzrə zərərçəkmiş Yusif Əzizov onun cəzasının ağırlaşdırılması üçün kassasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, ittihama görə 350 min manat pulu M.Əhmədov tərəfindən mənimsənilən Y.Əzizov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb. Apellyasiya Məhkəməsi M.Əhmədovun cəzasını 8 ildən 2 ilə endirib.

Y.Əzizov isə Ali Məhkəməyə müraciət edərək müddətin artırılması ilə cəzanın ağırlaşdırılmasını istəyib. Onun şikayəti icraata götürülüb, prosesə hakim İmran Hacıqayıbov sədrlik edir.

Xatırladaq ki, M.Əhmədov bir neçə gün öncə cəzasının 4-də üç hissəsini çəkdiyi üçün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Ali Məhkəmə Y.Əzizovun şikayətini təmin edərsə, M.Əhmədov yenidən türməyə qayıda bilər.

O tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəməkdə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi