NAZİR ŞADLIQ evlərinə xəbərdarlıq etdi: "Cərimələr ÇOX OLACAQ"

Nazir şadlıq evlərinə xəbərdarlıq etdi:

Paytaxtın Nizami, Xətai, Binəqədi rayonlarında yerləşən şadlıq saraylarına xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı həmin resotran və şadlıq evlərinin atmosferi konsaregen maddələrlə çirkləndirdiyi müəyyən edilib.
AzerTaym xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Real TV-ə müsahibəsində bildirib ki, bu restoranların ərazisindən qalxan tüstü saat 8-dən sonra ərazinin atmosferini bürüməklə yanaşı çirklənməyə də səbəb olur.
Bunula bağlı həmin iaşə obyektlərinə xəbərdarlıq olunub ki, filtr və müasir havalandırma sistemlərindən istifadə etsinlər.
Xəbərdalıqdan nəticə çıxarmayanlar cərimə olunacaq. Özü də bu cərimələrin məbləği nəzərəçarpacaq dərəcədə çox olacaq.
Bunlarla yanaşı Xəzər sahilində yerləşib çirkab sularını dənizə axıdan iaşə obyektləri sahibləri qarşısında da təmizləyici qurğulardan istifadə etmələri ilə bağlı tələb qoyulub. Tələbləri yerinə yetirməyənlər isə cərimə olunacaqlar.
Nazirlik təkcə havanı, dənizi çirkləndirənləri deyil, ağackəsənlərə qarşı da sərt addımlar atmaq niyyətindədir. Bu addımlardan ilki cərimə məbləğlərinin artırılması olacaq. Nazir bu günlərdə səfərdə olduğu Naxçıvanın təcrübəsindən də danışıb. 
"Naxçıvanda insanlar təbiəti qoruyurlar, təbiətə hər kəs diqqətlə yanaşır. Bakıda da bunu tətbiq etmək lazımdır. Marifəndirmə ilə yanaşı cərimələr artırılmalıdır. Bilməlidirlər ki, ciddi cəza və cərimələr tətbiq olunacaq”, - deyə nazir qeyd edib.






Fikirlər

Şərh müəllifi: Datareggefly                 Tarix: 25 may 2018 19:29                 [ Cavabla ]
Приветствую)

Расскажу полезную информацию про ТОП-10 сайтов для заработка и реальные примеры. трудовой кодекс опоздание на работу бизнес идеи для малого бизнеса, каким бизнесом заняться 2017.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi