“NƏSİMİ BAZARI”ı sökülərək yerində BİNA TİKİLİR - VİDEO

Bakıda məşhur “Nəsimi bazar”ı söküləcək. AzerTaym.az xəbər verir ki, hazırda 80-ə yaxın satıcının çalışdığı bazarın sökülməsi işlərinə gələn ilin əvvəlindən başlanılacaq.

Bazarın ərazisi "Pilot layihə"yə salınıb. Layihəni icra edən tikinti şirkətindən "Xəzər xəbər"ə bildirilib ki, "Nəsimi bazar"nın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək. Artıq bazar rəhbərliyi ilə də danışıqlara başlanılıb. Söküntü işlərinə isə gələn ilin əvvələrində start veriləcək. Yaşayış binasının ilk 3 mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək. Həm bazarda çalışan satıcılar, həm də bazar rəhbərliyi isə bildirib ki, onlara söküntü ilə bağlı heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov bildirib ki, Nəsimi bazarının söküləcəyi ilə bağlı xəbərlər doğrudur. Ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir. Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsinə gəldikdə isə, artıq bununla bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlara başlanılıb.

Bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənən bir məsələdir.

VIDEO






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi