Abel Məhərrəmovu BDU-da KİM ƏVƏZLƏYİR? - AÇIQLAMA

“Hələ ki, Abel Məhərrəmovu heç  kim əvəz  etmir. Hazırda otağı da boşdur. Gözləyirik...”. 
Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmlinin müşaviri Məzahir Sultanov deyib.

Müşavir bildirib ki, digər məsələlər barədə məlumatı yoxdur.

“Abel müəllimdən sonra onu kimin əvəz edəcəyini deyə bilmərəm. Abel müəllimin dövründə universitetdə 5 prorektor olub. Bundan sonra dəyişikliyin necə olacağı, universitetə müvəqqəti olaraq hansı prorektorun rəhbərlik edəcəyi barədə məlumatım yoxdur”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Abel Məhərrəmov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb. 
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi. 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi