ABŞ təşkilatı: Seçicilərin 88,9 faizi dəyişiklikləri dəstəkləyib

 

 

ABŞ təşkilatı: Seçicilərin 88,9 faizi dəyişiklikləri dəstəkləyib
ABŞ-ın “Artur J. Finkelstein & Associates” şirkətinin Azərbaycandakı referendumda “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.
 
APA-nın məlumatına görə, şirkətin vitse-prezidenti Corc Börnbaum deyib ki, ümumilikdə 32400 insan arasında müsahibə aparılıb və bu, çox böyük rəqəmdir: “88,9 faiz seçici dəyişikliklərə müsbət cavab verib. İcra hakimiyyətində struktur dəyişikliklərinə 87,3 faiz tərəfdar olub. Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı maddələrə 89,7 faiz seçici “hə” cavabını verib. İnsan hüquqları ilə bağlı dəyişikliyi 88,3 faiz seçici dəstəkləyib. Sosial təminatla əlaqədar maddələrə 86,5 faiz seçici “hə” deyib".






Fikirlər