05.06.2014. - Mingəçevir Telekommunikasiya Qovşağının rəisinin fiber optik biznesi

05.06.2014. - Mingəçevir Telekommunikasiya Qovşağının rəisinin fiber optik biznesiMustafa Muradov ATS və telefon şkaflarının cari təmirindən nə qədər pul qazanır?
Paytaxtdakı məmurlardan fərqli olaraq, əyalət məmurları daha rahat “fəaliyyət göstərirlər”. Hətta öz nazirliklərinin daxili nəzarət şöbələrinin gözündən də yayınan, hər an “yoxlama gələcək”qorxusundan uzaq bu məmurların arxayınçılığı sonucda dövlətə zərbə vurur. Belə ki, rəhbərlik etdikləri qurumları “dədə malı” bilən əyalət məmurları istədiklərini etməkdə sərbəst olduqlarını düşünürlər.
Mingəçevirdən daxil olan məlumata görə, Şəhər Telekommunikasiya Qovşağının rəisi Mustafa Muradov rəhbərlik etdiyi qurumu öz şəxsi biznes obyekti kimi idarə edən məmurlardandır. Məhz bunun nəticəsində qovşaq rəisi böyük maddi imkanlar əldə edib. İnformasiya mənbəmiz bildirir ki, Mustafa Muradaov şəhərin telefon xətlərinin yenilənməsi və fiber optik kabellərin çəkilməsi maxinasiyasında külli miqdarda qazanc əldə etmişdir.
Belə ki, son 2 ildə Mingəçevirdə 300 min metrdən çox yeni kabellər çəkilmişdir. Köhnə kabellərin yeniləri ilə əvəzlənməsi maxinasiyasından isə Qovşaq rəisi nə nədə çox 300 min manata yaxın xeyir götrmüşdür.O da bildirilir ki, nazirlik qovşağa 1 metr fiber optik kabelin çəkilməsi üçün 4 manat vəsait ayırıb. Qovşaq rəisi Mustafa Muradov isə həmin kabellərin 1 metri üçün cəmi 2 manat xərc çəkib.
Mustafa Muradovun qazanc yerlərindən biri də qovşağa daxil olan vəsaitlərin ATS və telefon şkaflarının cari təmirinə xərclənməsidir. Belə ki, hər il şəhər ATS-nin və telefon şkaflarının cari təmiri, yenidən qurulması, kabellərin dəyişdirilməsi, apartların yenilənməsi və sair işlər adı altında qovşaqdan külli miqdara vəsait çıxarılaraq silinir.

Məlumatlı mənbəmiz bildirir ki, Mustafa Muradovun aylıq qazancı 10 min dollara yaxındır. Qeyd edək ki, Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mustafa Muradovun dövlətdən oğurladığı vəsait hesabına əldə etdiyi obyektləri, evlər və sair var dövləti ilə bağlı redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qeyd edək ki, Mustafa Muradov əslən Ağdaş rayonu, Ağzıbir kəndindəndir. Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsini bitirən M.Muradov 1996-cı ildən hazırkı dövrədək Rabitə və Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyi Mingəçevir Telekommunikasiya Qovşağında rəis vəzifəsində çalışmaqdadır.



P.S. Qarşı tərəfin də SÖZ DEMƏK hAQQINI gözləyirik!






Fikirlər