05.04.2014. - Şamaxının polis rəisi işdən çıxarıldı

05.04.2014. -   Şamaxının polis rəisi işdən çıxarıldıŞamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, pokovnik Şahmar Paşayev vəzifəsindən azad olunub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, o, nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunmasını istəyib. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri imzalayıb.

Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34 və 37-ci polis bölmələrinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Ş.Paşayev həm də YAP hakimiyyətinin polis sistemindəki ən etibarlı kadrlarından hesab edilirdi.






Fikirlər