25.01.2014. - DİN-in idarə rəisi işdən çıxarıldı

25.01.2014.  -  DİN-in idarə rəisi işdən çıxarıldı Polis polkovniki Cavad Şıxəliyev daxili işlər orqanlarında xidmət keçmə müddəti başa çatdığı üçün təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin idarə rəisi təqaüdə göndərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev daxili işlər orqanlarında xidmət keçmə müddəti başa çatdığı üçün təqaüdə göndərilib.
Qeyd edək ki, Cavad Şıxəliyev 1983-1995-ci illərdə müstəntiq və baş müstəntiq, 1995-1996-cı illərdə Zaqatala rayon Polis Şöbəsinin rəis müavini, 1996-1999-cu illərdə Şəmkir rayon Polis Şöbəsinin, Kür Polis Bölməsinin rəisi vəzifələrində işləyib.
1999-cu ilin sentyabr ayından irəli çəkilərək 2002-ci ilədək Samux rayon Polis Şöbəsinin, 2002-2004-cü illərdə Ağcabədi rayon Polis Şöbəsinin, 2004-2007-ci illərdə Xaçmaz rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib.

2007-ci ilin dekabr ayından DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.






Fikirlər