Bakutel-2016-da 4G-nin gücünü Azercell-lə sına!

 

Öz abunəçilərini sərfəlivə sürətli internet xidməti ilə təmin edən Azercell Telekom onların həyat şəraitini bir çox aspektlərdə yaxşılaşdırmaq məqsədilə ən son innovasiyaların tətbiqinə əsaslanan strategiyasını davam etdirir.

Yeni simsiz, geniş əhatəyə malikxidmətlər Azercell müştərilərinə yaşadıqları yerdən asılı olmayaraq, internet vasitəsilə öyrənmək, işləmək vəəyləncəli vaxt keçirməyə imkan yaradacaq.

 Bu baxımdan, Beynəlxalq Telekommunikasiya və İnformasiya TexnologiyalarıBakutel 2016 sərgi-konfransında, Azercell məmnuniyyətlə stend ziyarətçilərinə yüksək sürətli Mobil İnternetin gücünü nümayiş etdirir. Buraya müxtəlif ağıllı (smart) cihazlar, o cümlədən məlumatların toplanmasına və mübadiləsinə, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsinə, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, və yaxud proqram təminatı ilə təchiz edilmiş intellektual nəqliyyat sistemi ilə təmsil olunmuş Əşyalarıın İnterneti (Internet of Things) daxildir.

Şirkətin geniş stendi üç hissədən ibarətdir və hər bir hissə Mobil Internetin müasir insanın həyatı və asudə vaxtının ayrılmaz hissəsi olduğunu bariz şəkildə nümayiş etdirir.

 Həyat və Təhsil üçün İnternet:

 Bu hissədə, bizrekord sürətədək çatan 4G+ cihazını sınaqdan keçirmək üçün  ziyarətçiləri Azərcell-in müasir stendinə dəvət edirik.

Burada, həmçinin, ən son texnoloji innovasiyalar və Azercell-in yüksək sürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar və xidmətlər, məsələn artıq məşhur olan Bookmate əlavəsi, Video streaming (Video axını), eləcə də Əşyaların İnternetinə aid ən son cihazlar və yeniliklər, məsələn,Microsoft HoloLens, Leap Motion, Smart Home (Ağıllı Ev) sisteminin komponentləri kimi nümayiş olunanSmart Traveler Bag (Ağıllı Səyahətçi Çantası), Smart Door Bell (Ağıllı Qapı Zəngi), valideynlər üçün nəzarət cihazıMother(Ana), həmçinin İnternet əsaslı xidmətlər olanCoursera’s Massive Açıq Onlayn Kursları, Kodak Smart vəsair trendlər və məhsullar nümayiş olunur.

Bakutel 2016 sərgisinin açılış günündə Azercell Telekom dünyanın məşhur Music Streaming (musiqi axını) xidməti olan Zvooq əlavəsini rəsmi istifadəyə verir. Xatırladaq ki, bu xidmət ilk dəfə Azercell-in Bakutel 2015 stendində qonaqlarsınaqdan keçirmşdi. Azercell abunəçiləri ayda yalnız 3.5 AZN abunə haqqı ödəməklə, Zvooq əlavəsi üçün eksklüziv təklif qazanır: mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə.Zvooq əlavəsi indi Azərbaycanda yalnızAzercell müştəriləri üçün eksklüziv təklif olunur: https://www.azercell.com/az/personal/services/partner_services/zvooq/

 Peşəkar inkişafla maraqlanan şəxslər eyni zamanda stenddə təklif olunan Azercell Akademiyasının təhsil xidmətləri ilə tanış ola bilərlər. Gənc şirkətlər və sahibkarlar isə Bakutel 2016 sərgisində öz yeni layihələrini təqdim edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyindən yararlana bilər. 

 Biznes üçün İnternet guşəsində Azercell-in korporativ müştəriləri şirkətin yeni həlləri ilə tanış ola, eləcə də peşəkar agentlərdən məsləhətlər ala bilərlər.

Öz təşkilatı daxilindəmüasir kommunikasiya vasitəsilə əməkdaşların iş effektivliyini artırılması ilə maraqlanan şirkətlərə isəeksklüziv və müasiri həll yolu təklif olunur., Virtual ATSkorporasiyalara düzgün vahid kommunikasiya sisteminin bütün faydalarını təklif  edir.Azercell-in texnoloji tərəfdaşı olan Defne şirkətinin yeni Virtual ATShəlli vasitəsilə təklif etdiyi bu xidmət korporativ abunəçilərə bu sahədə fiziki avadanlıqlar quraşdırmadan rabitərdə yeni mərhələdən faydalanmaq imkanı verir.

Azercell-inVirtual ATSxidməti bütün ofis və əməkdaşları bir ümumi şəbəkədə birləşdirir ki, bura həm mobil, həm də stolüstü telefonlar daxildir. Virtual ATSxidməti uzaq olan mobil istifadəçilərin şirkətlə əlaqəsini təmin edir və əlavə xidmətlər təklif etməklə daxili kommunikasiyanın daha səmərəli olmasına nail olur və yüksək keyfiyyətə zəmanət verir.

 Əyləncə üçün İnternet: Gənclərin sevimlisi sayılan bu bölmədə Azercell hər kəsə 4G vasitəsilə ən zəngin texnoloji əyləncə proqramlarını- yarışan maşınları, Xbox One və Virtual Reality Set oyunlarını, Selfie Tennis, Asphalt 8və əlbəttə ki, müxtəlif mükafatlar nəzərdə tutan maraqlı viktorinalar təklif edir.

 Beləliklə, Azercell ən son innovasiyalar vasitəsilə 4G gücünü sınaqdan keçirmək üçün hamını yeni Bakutel stendinə dəvət edir! 

 2016-cı ildəBakı və Abşeron yarımadasında 4G şəbəkəsinin85%-ə qədər gücləndirilməsinə nail olmuşAzercell Telekom,2017-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində 4G şəbəkəsini daha da genişləndirməyi hədəfə almışdır. Azercell həm də keçən il öz mobil internet tariflərində 55 faiz endirim etmiş, İphone 7 və 7+, General Mobile kimi bir sıra sərfəli smartfon kampaniyaları keçirmiş və eksklüzivtəkliflərə imza atmışdır. Xatırladaq ki, 2016-cı ilin may ayından başlayaraq, bütün Azercell abunəçiləri 4G xidmətini dəstəkləyən SİM-kartlarını ödənişsiz əldə etmək imkanı qazanmışdır. Nəticədə, Azercell abunəçiləri arasında 2016-cı il üzrə Mobil İnternetdən istifadə həcmi 60% artmışdı. Hazırda Azercell ölkədə ilk və ən geniş LTE (4G) şəbəkəsini təqdim edir.

 






Fikirlər