07.04.2014. - Jurnalist Azercell-dən imtinaya çağırdı: “Sizə hörmət etməyənlərə siz də hörmət etməyin”

07.04.2014. -  Jurnalist Azercell-dən imtinaya çağırdı: “Sizə hörmət etməyənlərə siz də hörmət etməyin”«Buna səbəb şirkətin həddən artıq yüksək qiymət siyasəti, eyni zamanda bəzən istifadə edilməyən xidmətlərə görə müştərilərdən pul çıxması, bununla bağlı şikayətlərə isə etinasız yanaşmasıdır» -Azər Həsrət.

Ölkənin tanınmış jurnalistlərindən olan Azər Həsrət həmkarlarını Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatoru AzerCELL-i boykot etməyə çağırıb. Azər Həsrət bununla bağlı Facebook səhifəsində məlumat yayıb.

Tanınmış jurnalist qeyd edib ki, artıq bir aydır ki, əsas telefon nömrəsini AzerCell-dən başqa operatora daşıyıb. «Hələlik adını ona görə yazmıram ki, xidmətinin və qiymətinin keyfiyyətini bəlli bir sürə sınaqdan çıxarmaq fikrim var. Yəni bəyənməsəm, ondan da imtina edəcəm. Bu öz yerində. Qayıdaq AzerCell-ə. Mənim 3 AzerCell nömrəm vardı. Artıq demək olar ki, AzerCell mənim şəxsimdə 3 abunəçisini itirdi. Sabah (bu gün-red.) sonuncu nömrəmi də qapadıram və bununla da AzerCell-lə yollarımız birdəfəlik ayrılır. Maraqlananlar üçün deyim ki, buna səbəb AzerCell-in həddən artıq yüksək qiymət siyasəti, eyni zamanda bəzən istifadə edilməyən xidmətlərə görə müştərilərdən pul çıxması, bununla bağlı şikayətlərə isə etinasız yanaşmasıdır».

O daha sonra yazıb: «Hər kəsə bir tövsiyəm var: sizə hörmət etməyənlərə siz də hörmət etməyin. Bir də həmkarlarımı bu MediaCell adlı jurnalistlər üçün nəzərdə tutulan xidmətdən imtinaya çağırıram. Vətəndaşlar bir xidmətdən məmnun deyilkən biz jurnalistlərin yalnız özləri üçün yaradılan üstünlükdən istifadəsi heç də məqbul sayıla bilməz. Və baş redaktorları da AzerCell-in Antalya səyahətlərindən imtinaya çağırıram. Media korporativ maraqlara deyil, xalqa, insanlara xidmət etməlidir»
.


07.04.2014. -  Jurnalist Azercell-dən imtinaya çağırdı: “Sizə hörmət etməyənlərə siz də hörmət etməyin”
07.04.2014. -  Jurnalist Azercell-dən imtinaya çağırdı: “Sizə hörmət etməyənlərə siz də hörmət etməyin”






Fikirlər