04.06.2014.- Şəxsiyyət vəsiqəsinin rüsumu da artırıldı

04.06.2014.- Şəxsiyyət vəsiqəsinin rüsumu da artırıldı04.06.2014.- Şəxsiyyət vəsiqəsinin rüsumu da artırıldı





Azərbaycanda vətəndaşlara şəxiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılıb.
ANS-in xəbərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat nəzərdə tutulub.
Müvafiq Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumların məbləği 10 iş günü üçün 1 manat, 3 iş günü üçün 10 manatdır. Bir iş günündə şəxsiyyət vəsiqəsinin verilməsi isə tətbiq olunmur.






Fikirlər