Azərbaycanda ehtiyac meyarının həddi və yaşayış minimumu artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Azərbaycanda ehtiyac meyarının həddi və yaşayış minimumu artırıldı
Azertaym.az xəbər verir ki, qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılarüçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir.

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.






Fikirlər