Ağacqıran “Qozbel İman” iki nazirlə qohumdur

Ağacqıran “Qozbel İman” iki nazirlə qohumdurAğacqıran “Qozbel İman” iki nazirlə qohumdur















Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı ticarət yarmarkasının sahibi, “Qozbel İman” kimi tanınan naxçıvanlı iş adamı İman Quliyevin adamlarının Xətai rayonunda gecə saatlarında ağacları kütləvi şəkildə qırmasına etiraz olaraq həmin ərazidən deputat İqbal Ağazadənin sakinləri küçəyə çıxardığı haqda yazmışdıq.
Xatırladaq ki, deputatın başçılığı ilə sakinlərin gecə saat 3 radələrində ağacları məhv etmək üçün gələnlərə etirazından, jurnalistlərin hadisə yerinə gəlişindən sonra “Qozbel İman”ın adamları gətirdikləri traktorları və digər texnikanı ərazidə ataraq qaçıblar.

Virtualaz.org saytı kortəbii tikintilər üzündən beton yığınına çevrilən Bakıda onsuz da kökü kəsilmək üzrə olan yaşıllıqlara qənim kəsilmiş həmin iş adamı barədə bəzi məlumatlar əldə edib.

Məlum olub ki, İman Quliyev Naxçıvanın məşhur Qarabağlar kəndindəndir, hakim elitaya yaxın adamdır. O, iki nüfuzlu nazirlə qohumluq əlaqələrinə malikdir.

Mötəbər mənbələrin bildirdiynə görə, İman Quliyev böyük kapitala malikdir və özünü nüfuzlu biznesmen kimi tanıdıb. Onun qardaşı Telman Quliyev isə Qax Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Ağacqıran “Qozbel İman” iki nazirlə qohumdurO zaman sual yaranır: deputat İqbal Ağazadəni hakim elitanın bu cür nüfuzlu nümayəndəsi ilə açıq qarşıdurmaya getməyə nə vadar edib? Doğrudanmı “Qozbel İman”ın adamlarının kəsməyə hazırlaşdıqları 24 ağacın taleyi, yaxud Xətai sakinlərinin etirazı? Yaxud söhbət ayrı-ayrı məmurlar arasında maraqların yeni toqquşmasından gedir?
Bəzi qənaətlərə görə, İman Quliyevlə bağlı insident onunla qohumluq əlaqələrinə malik olan iki nazirin mövqelərinə zərbə vuracaq. Çünki ekologiya məsələsi və paytaxtda ağacların kəsilməsinə qarşı mübarizə şəxsən ölkə başçısının nəzarətindədir. Prezident İlham Əliyevin Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı dəfələrlə sərt çıxışlar etdiyi məlumdur. Dövlət başçısı belə çıxışlarının birində ayrı-ayrı iş adamlarının yerli məmurlarla əlbir olaraq Bakıda gecələr xəlvəti olaraq ağacları kəsdiyi, yerində binalar, ticarət obyektləri inşa etdirdiklərini demişdi. Prezident belə halları “vicdansızlıq” adlandıraraq onların qarşısının qətiyyətlə alınması, qanunsuz olaraq ağac kəsənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdi.

Həmçinin birinci xanım Mehriba Əliyevanın sakinlərin müraciəti ilə Bakıda yaşıllıqlara qarşı vandalizm əməllərinə operativ reaksiya verdiyi də məlumdur.

Bu baxımdan gözləmək olar ki, İman Quliyevin özünə daha bir ticarət obyekti inşa etmək üçün Xətai rayonunda ağaclara gecə hücumuna ölkə rəhbərliyinin qəzəbli reaksiyası olacaq


Ağacqıran “Qozbel İman” iki nazirlə qohumdur Ağacqıran “Qozbel İman” iki nazirlə qohumdur






Fikirlər