"XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ"nin sədrinə müavin təyin edilən ŞƏXS KİMDİR?!

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyində yeni təyinat olub.
 
BakuPost.az xəbər verir ki, Azərbaycan prezidentinin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov "Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini təyin edilib.
 
Mübariz Mustafa oglu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dovlət Dəniz Yolları Akademiyasını bitirib.
 
1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin  Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləmişdir. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.
 
2004-2005-ci illərdə "BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.
 
2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın "CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışıb.
 
2017-ci ilin iyulundan  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.
 
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mübariz Mustafa oğlu Cabbarov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
 
Evlidir, iki övladı var.
 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi