Əmək pensiyası alan alimlərə ŞAD XƏBƏR - Təqaüdlər 120-200 manat artacaq

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Modern.az-ın məlumatına görə, oktyabrın 31-də Milli Məclisin iclasına çıxarılacaq qanunun 19-cu maddəsinə (əmək pensiyasının sığorta hissəsinə əlavələr) dəyişiklik edilir.

Belə ki, “Əmək kitabçası”nda müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə  elmi müəssisə və təşkilatlarda  və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanacaq.






Fikirlər