Azərbaycandakı əmək pensiyaçılarının sayı AÇIQLANDI

Картинки по запросу PENSİYACILAR

Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 aprel 2017-ci il tarixinə 1 milyon 319 min  nəfər təşkil edir. 

Bu barədə Əmək və Əhlainin Sosila Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rəsmi məlumata görə, əmək pensiyaçılarının 59,3 faizi yaşa görə, 11,4 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə pensiya alanlardır. 
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib.
“Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq edilib. 
Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq 01 aprel tarixinə 202,38 manata çatıb.
Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9 faiz təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir”,-deyə nazirlikdən bildirilib.

AzerTaym.az






Fikirlər