Özünütənqid inkişafı sürətləndirən əsas amildir!

Özünütənqid inkişafı sürətləndirən əsas amildir! 2014-cü ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi, əvvəlki illə müqayisədə 16,2 faiz artaraq 1,7 milyard manatı ötüb.

Hazırda ölkə əhalisinin 13 faizi internet, 55 faizi isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18 faiz, mobil abunəçilərin sayına görə isə 15,2 faiz üstələyir.
2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit-s artırılaraq 300 Gbit-s-ə çaidırılıb ki, bu da ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Eyni zamanda, rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.
Ötən il Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlıq İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı da qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə, BMT-nin “E-Hökumət” müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.

Sözsüz ki, fəaliyyət olan yerdə nöqsanlara da rast gəlinməsi istisna deyildir. Başqa sözlə, nöqsan o yerdə yoxdur ki, orada fəaliyyət də yoxdur. RYTN sistemində inkişafı şərtləndirən əsas amillərdən biri də əlbəttə ki, uğurla tətbiq olunan özünütənqid metodudur. Nazirlik özünün struktur vahidlərinin fəaliyyətini təhlil edir, nailiyyətləri stimullaşdırır, müşahidə olunan neqativ halların aradan qaldırılması və gələcəkdə bir daha baş verməməsi üçün qabaqlayıcı tədbirlər görür. Eyni zamanda, nazirlik həmin struktur vahidlərini sağlam tənqid edir və öz iradlarını ictimaiyyətə açıqlayır. Bununla da qərəzli, xırda nöqsanları “şişirdərək” cinayət kimi təndim edən qeyri-sağlam tənqidi fikirlər də qabaqlanır, onlara yer qalmır.

Uman yerdən küsərlər” - deyib atalarımız.

RYTN-nin rəhbərliyi məhz o strukturları daha çox tənqid edir ki, məhz aparıcı hesab olunur, nailiyyət soraqları çoxdandır ki, adi qəbul edilir.Nazir Əli Abbasovun son iclasda “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB)-in fəaliyyətini tənqid etməsini də əslində həmin müəssisələrin rəhbər və funksioner vəzifəli şəxslərinin, bütövlükdə kollektivlərinin aktivinə yazmaq olar. Stasionar telefon operatorlarının işini tənqid edən nazir Əli Abbasov mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verildiyini demiş, digər çatışmazlıq kimi geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasını, şirkətlər arasında ayrı-seçkilik edilməsini, bu özgətirəlikdə korrupsiya elementinin olduğunu qeyd etmişdi. Həmçinin bildirmişdir ki, bu cür faktların araşdırılması üçün audit komissiyası yaradılır. Bu komissiya həmin qurumların əhali ilə apardığı danışıqları qeydə alacaq. Bunun əsasında vətəndaşlar tərəfindən daxil olan şikayətlər araşdırılacaq.

Heç şübhə yoxdur ki, hörmətli nazirin budəfəki tövsiyələri də əvvəlkilər kimi adları çəkilən qurumların xeyrinə işləyəcək, onların nailiyyətlərinin yeni dalğası ilə müşayiət olunacaq.
Özünütənqid inkişafı sürətləndirən əsas amildir!Özünütənqid inkişafı sürətləndirən əsas amildir!












Bu mənada bu gün Beytulla Hüseynovun rəhbərlik etdiyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin peşəkar kollektivinin işə məsuliyyətlə özünütənqid ruhunda yanaşmasının nəticəsidir ki, yüksək keyfiyyətli və sürətli internetlə və rabitə vasitələri ilə təmin olunan paytaxt sakinləri indi ölkəmizdə və dünyada baş verən hadisələrdən xəbər tuturlar. Bu sahədə mövcud konfiquryasiyanın daha da təkmilləşdirilməsi bütün istiqamətlər üzrə alternativliyin təmin edilməsi, eləcə də hal-hazırda Bakı şəhərinin genişlənməsi, sənaye obyektlərinin şəhər ətrafına köçürülməsi ilə əlaqədar BTRİB-in optik kabel magistralının da genişləndirilməsi, alternativliyin təmin edilməsi üçün işləri davam etdirilir. Bakı şəhər telefon şəbəkəsində son illər aparılan rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın ümumi istifadəli telefon şəbəkəsinin dünyanın ən inkişaf etmiş qabaqcıl telekommunikasiya şəbəkəsinə inteqrasiyası yekunlaşmaq üzrədir. Telekommunikasiya sahəsində inkişaf etmiş ölkələrin təcrübəsini daim öyrənən BTRİB mütəxəssisləri son mill probleminin həlli üzərində də çalışmaqla abunəçi şəbəkəsinin təkmilləşdirilməsi üçün də yeni layihələr üzərində işləyirlər.

Özünütənqid inkişafı sürətləndirən əsas amildir! Əmin olmağa dəyər ki, respublikanın əməkdar mühəndisi Beytulla Hüseynovun yüksək təşkilatçılığı ilə BTRİB yeni 2015-ci ildə Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, genişzolaqlı internet, radio rabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətlərinin keyfiyyətini davamlı artıracaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, rəhbərliyin plan və tapşırıqlarını yaxşı formalaşmış xüsusi peşəkar komanda ilə yüksək şəkildə reallaşdıracaq.






Fikirlər