Azərbaycana bahar gəldi...

Azərbaycana bahar gəldi...Azərbaycana bahar gəldi...








"AzerTaym.az məlumat verir ki,N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, 2015-ci ildə Azərbaycan ərazisinə baharın gəlişi martın 21-də Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verib.

Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.







Fikirlər