03.06.2014.- Ayın sonu Ramazan ayı başlayır

03.06.2014.- Ayın sonu Ramazan ayı başlayırŞamaxı Rəsədxanası iyunun 27-də ayın təzələnəcəyini elan edib, ay daxil olması ilə bağlı QMİ-nin fətvası isə bir neçə gün əvvəl veriləcək

Bu il Ramazan ayı iyun ayının 29-da daxil olacaq. Daha doğrusu, rəsmi təqvimə əsasən belə yazılır. Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yeni ay iyunun 27-si saat 13:11-də görünəcək.

Növbəti ay iyulun 27-də saat 03:43 dəqiqədə təzələnəcək. Yeri gəlmişkən, Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərara əsasən bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Ancaq bütün bunlar, necə deyərlər, ümumi hesablamalardır. Ramazan ayının daxil olması ilə bağlı dəqiq vaxt iyunun axırında bilinəcək. Hazırda bir sıra müsəlman ölkələrində yeni ayın daxil olması ilə bağlı ikili yanaşma var. Ayın daxil olmasının daha əvvəldən astronomik hesablamalar əsasında müəyyən edilməsinin tərəfdarları ilə yanaşı, klassik üsulda, yəni yeni doğan ayın gözlə görünməsi şərtinə riayət edənlər də var. Bu mənada hər il olduğu kimi bu il də Ramazan ayı ilə bağlı təqvim fərqlərinin yaranacağı gözlənilir. Ramazan ayının dəqiq hansı təqvimdə daxil olacağı isə iyunun 28-29-da bilinəcək.

Qeyd edək ki, bununla bağlı hər il olduğu kimi bu ildə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası elan olunacaq.

Şamaxı Rəsədxanası iyunun 27-də ayın təzələnəcəyini elan edib, ay daxil olması ilə bağlı QMİ-nin fətvası isə bir neçə gün əvvəl veriləcək






Fikirlər