MƏHKƏMƏ İŞİ: Övladım TƏLƏF OLUB, GÜNAHKARI Kəmalə Ağazadədir

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə keçirilib. 

 "AzerTaym.az bizimyol.info xəbər verir ki, cinayət işi hakim Zeynal Ağayevin sədrlik ediyi kollegiyanın icraatındadıdır.


Prosesdə prokuror ittiham aktını elan edilib. Kəmalə Ağazadə özünü ittihamla təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş şəxs qismində Kəmalə Ağazadənin qardaşının keçmiş həyat yoldaşı Həcər Kəngərli ifadə verib. O, istintaqa ifadəsini təsdiqləyib və deyib ki, onunla barışıq üçün heç bir cəhd edilməyib.

Kəmalə Ağazadənin vəkili Aqil Layıcov isə bildirib ki, istintaq dövründə Həcər Kəngərliyə barışıq təklif edilib və 3600 manat pulu Həcər Kəngərli qəbul etməyib. Zərərçəkmiş H.Kəngərli belə bir təklif almadığını deyib: “Müstəntiq dedi ki, barışıq istəyirsinizmi? Dedim ki, heç mənim pulum da ödənilməyib”.

Həcər Kəngərli Kəmalə Ağazadəyə qarşı iddialar irəli sürüb. Keçmiş baldızı K.Ağazadənin onun övladını abort etdirdiyini deyib: “Kəmalə insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olub. Mənim övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir”.

Vəkil Aqil Layıcov məhkəməyə müraciət edərək bu iddianın araşdırılması üçün xüsusi qərar çıxarılmasını istəyib. Hakim isə bildirib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi olmadığı üçün baxıla bilməz.

Məhkəmədə digər zərərçəkmiş Mahirə Sadıqova da ifadə verib. O söyləyib ki, K.Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib.

M.Sadıqova bildirib ki, Kəmalə Ağazadə ondan 2100 manat alıb: “Həmin pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi. Yəni Kəmalə Ağazadə bu məqsədlə bizdən alıb. Çalışdığımız layihənin müddəti uzadılmalı idi”.






Fikirlər