Eks-komitə sədrinin icra başçısı ilə 300 MİN MANATLIQ SÖHBƏTİNƏ SON qoyulub

Bir neçə il öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevlə Nəsimi Rayon İcra Hakimiyyəti arasındakı baş verən qalmaqal mediada müzakirə edilmişdi.

Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəsinin direktoru Rafiq Əliyevin sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olurdu.

Rafiq Əliyev Nəsimi RİH başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istəməsi barədə iddialar səsləndirmişdi. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib.

 Modern.az olaraq, Rafiq Əliyevlə əlaqə saxlayıb, problemin həll edilib-edilmədiyi barədə maraqlandıq. Keçmiş komitə sədri məsələnin məhkəməyə qədər aparılmadığını vurğuladı. Onun sözlərinə görə, 2015-ci idə mediada işıqlandırılan məlumatlardan sonra tikinti işlərinə icazə verilib:

“İcra hakimiyyətinin nümayəndəsi onun adından 300 min manat rüşvət istəmişdi. Sonradan məsələ dəqiqləşdi, məlum oldu ki, mənə çatdırılan başçının tələbi deyil. Ona görə, məsələ danışıqla həll edildi, hüquq müstəvisinə daşınmadı”.

 R. Əliyev qeyd edib ki, Vaqif prospekti, 103 ünvanında yerləşən torpaq sahəsi onun şəxsi mülkiyyətidir:

 “Ona görə, həmin torpaqda tikilən obyekt də qanunidir. Artıq tikinti işləri yekunlaşıb və orada insanlar yaşayır”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi