Məşhur marketlər Elnur Məmmədlinin imiş - Foto

Məşhur marketlər Elnur Məmmədlinin imiş - Foto Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bizneslə məşğul olmağa başlayıb.

Bu barədə danışan idmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib.

Onun sözlərinə görə, yeddi aydır bu sahədə fəaliyyət göstərir:

“2013-cü ildə ayağımdan zədə aldığım üçün idmanla vidalaşdım. Mən Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Həmçinin Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışıram. Yeni bir işlə məşğul olmaq istədim. Bu biznesə 7 ay əvvəl başlamışam. Bakıda «Nömrə 1″ adlı 6 supermarketim fəaliyyət göstərir. Nəqliyyat Nazirliyinin yaxınlığındakı sonuncu supermarket isə bunların içərisində ən böyüyüdür. Ümumilikdə 500 işçim var. Bu insanlar məndən maaş alıb, ailəsini saxlayır. Ən az min insana çörək verirəm. Bundan gözəl hiss ola bilməz. Mən bu dövlətin əsgəriyəm, quluyam. Bu dövlətə köməyim dəyməsi üçün çalışıram”.

E.Məmmədli şəxsi biznesini uzun müddətdir gizli saxlamasının səbəbini də açıqlayıb:

“Bir müddət belə olmasını istədim. Daha sonra xəbərin sürətlə yayılmağa başladığını gördüm. İstəmədim, insanlar bu haqda xəbəri kənardan eşitsinlər. Qərara gəldim ki, özüm açıqlama verim. Bu işdə mənə yaxın qohumum, dostum Rəşid bəy kömək edir”.

E.Məmmədli ən böyük arzusunu da dilə gətirib:

“Bundan sonrakı arzum general olmaqdır. Əgər qismət olarsa, məsləhət bilinərsə, bu baş verər”. axsam.az


Məşhur marketlər Elnur Məmmədlinin imiş - Foto






Fikirlər