İcra başçısı SAKİNLƏRLƏ GÖRÜŞDÜ

İcra başçısı sakinlərlə görüşdü

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

AzerTaym.az xəbər verir ki, görüş bu gün 4 №-li Peşə liseyində E.Süleymanov küçəsi 148, İ.Məmmədov küçəsi 21, 15, B.Nuriyev küçəsi 46 ünvanlarda yaşayan sakinlərlə keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda sakinlərin yaşadıqları binaların dam örtüklərinin təmiri, istiliklə təmin olunması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı müraciətləri, eyni zamanda rəy və təklifləri rayon rəhbəri tərəfindən dinlənilib, onlara müvafiq izahatlar verilib,

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyacı olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Qəbulda sakinlər həmçinin rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən razılıqlarını ifadə ediblər və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 


 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi