“AZƏRENERJİ” gənclərə işə təklif edir - Əmək haqqı 500-800 MANAT...
“Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir. "AzerTaym.az"-a qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqə şöbəsindən daxil olan məlumata görə, işə qəbul üçün aşağıdakı vəzifələr üzrə kadr axtarılır. Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis; Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis; Mühərriklərə texniki xidmət edən mütəxəssis; Elektrik maşın, aparat və cihazların sazlayıcısı; Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis; Buxar və turbin qurğuları üzrə mühəndis; Aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti; Qazan avadanlıqları üzrə mühəndis; Rele mühafiəsi və avtomatika üzrə mühəndis; Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis; Elektrik mühəndisi; İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis; Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı. Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir. Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri "Azərenerji" ASC-nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da [email protected] ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Müraciət edən namizədlərin bilik səviyyəsi "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.