“Azərenerji” işçi AXTARIR

“Azərenerji” ASC elektrik mühəndisi və elektrik mantyoru vakansiyalari üzrə işə qəbul elan edib.

Bu barədə AzerTaym.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərenerji” ASC  kompleks islahatlar həyata keçirilir: “Ölkə enerji sistemində baş vermiş məlum hadisədən sonra bu sahənin təhlükəsizliyinə və müasirləşdirilməsinə hesablanmış kompleks islahatların mühüm tərkib hissəsi ixtisaslı kadr potensialının gücləndirilməsidir ki, sözügedən istiqamətdə konseptual yanaşma əsasında müvafiq addımlar atılır. İlkin qənaətə görə, insan resurslarından səmərəli istifadə edilməsi və ixtisaslı kadr bazasının formalaşdırılması məqsədilə yaxın perspektivdə ali təhsil ocaqları ilə sıx əlaqələrin qurulmasına başlanılacaq. Eyni zamanda, işə qəbul edilən gənc mütəxəssislər üçün qısamüddətli istehsal kursları və təlim-seminarlar təşkil ediləcək. Hazırda enerji sisteminin bilikli və bacarıqlı mühəndis-energetiklərlə, elektrik mühəndisi və elektrik mantyoru vəzifələri üzrə komplektləşdirilməsi prosesinə start verilib”.

Bu səbəbdən də “Azərenerji” öz təhsil və ixtisas səviyyəsinə əmin olan vətəndaşları işə dəvət edir. 

Müsabiqədə iştirak etmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin sürətlərini, Fotoşəkilli şəxsi məlumat vərəqəsini (CV) AZ 1005., Bakı şəhəri, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanına təqdim edə, [email protected] elektron poçt ünvanına göndərə və əlavə məlumat üçün (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi