Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq- Dövlət Proqramı
Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq. “Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.