Heyvan kəsiminə nəzarət gücləndiriləcək - VİDEO

 Image result for Heyvan kəsiminə nəzarət gücləndiriləcək

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

AzerTaym.az"Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu il də qurum əhaliyə sağlam və təmiz heyvanların satılması üçün müəyyən yoxlamalar aparacaq.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, bayram günlərində dövlət xidmətinin nümayəndələri heyvanların satışı və kəsimi yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasına nəzarət edəcəklər.

Eyni zamanda kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığına da ciddi nəzarət olunacaq.

İcazə verilməmiş yerlərdə ayrı-ayrı vətəndaşlar tərəfindən heyvan kəsimlərinin qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq qurumlurla birlikdə ciddi tədbirlər görəcək.

Bu il qurban bayramında 4 gün qeyri iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq. Bayramın ikinci günü şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə düşdüyü üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

VIDEO

 

 






Fikirlər