Faiq Qarayevə “Əmək” ordeni təqdim edilib - FOTOSESSİYA

Faiq Qarayevə “Əmək” ordeni təqdim edilib - FOTOSESSİYA

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevə "Əmək" ordeninin təqdim olunması mərasimi keçirilib.

"AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Bakı Voleybol Mərkəzində baş tutub.        

AVF-nin prezidenti, Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, təcrübəli mütəxəssisin həyatı voleybolla bağlıdır, ömrünü idmanın bu növünə həsr edib: "O, məşqçi olmağı hər şeydən üstün tutub. Bir sıra ölkədə komanda çalışdırıb. Sonra Azərbaycana qayıdıb və Olimpiya Oyunları istisna olmaqla, millinin bütün mötəbər yarışlarda iştirakına nail olub. Hər yerdə onun böyük məşqçi olduğunu qəbul edirlər. 15 ildir dostuq, bu sahəyə gəlməyimin səbəbkarı da odur. "Əməkdar məşqçi"likdən sonra cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb. İndi isə "Əmək" ordeni ilə təltif edilib".






Fikirlər