Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb.

  "AzerTaym.az" Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.

Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb.

Xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində, sonra Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində yayılıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.