Azərbaycanın bu rayonunda koronavirusa yoluxanların sayı sürətlə artır – 61-ə ÇATDI

Kürdəmir rayonunda koronavirusa yoluxanların sayı artıb.

 "AzerTaym.az" Report-a istinadən bildirir ki, son bir gündə rayonun Sığırlı kəndində daha 1 nəfərin koronavirus testi müsbət olub. Nəticədə yoluxanların sayı 13 nəfərə çatıb.

 Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.

 Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur. 






Fikirlər