Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən bu gün ölkədə 4146 nəfər aktiv koronavirus xəstəsidir.

Onlardan 130 nəfər reanimasiyada, 23 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7505 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 375 759 test aparılıb, 5309 nəfər sağalıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub, 196 nəfər sağalıb, 2 nəfər isə vəfat edib.






Fikirlər